Azərbaycan ağırlıqqaldıranı Dohada Qran-pri turnirinin qalibi olub
Fərdi
- 13 dekabr, 2023
- 14:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin üzvü Dadaş Dadaşbəyli Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-pri turnirinin qalibi olub.
"Report" xəbər verir ki, 109 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda bütün rəqiblərini qabaqlayıb.
Dadaşbəyli birdənqaldırmada 176 kq-ı ram edib və bu hərəkətdə birinci olub.
Təkanlaqaldırmada isə 212 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb. Toplam 388 (176+212) kq nəticə göstərən Dadaş yekun sıralamada da hamını qabaqlayıb və yarışı çempion kimi başa vurub.
Qeyd edək ki, II Qran-pri turnirində 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir.
Son xəbərlər
10:10
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Hadisə10:06
Milli Məclisə vəkillərin hüquqi müdafiəsinin gücləndirilməsi üçün qanunvericilik dəyişiklikləri tövsiyə edilib
Daxili siyasət10:04
Azərbaycan XİN Botsvananı Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət10:00
Foto
"Şimal–Cənub" və Orta Dəhliz üzrə daşımalardakı çətinliklər müzakirə edilib
İnfrastruktur09:56
Azərbaycan neftinin qiyməti 118 dollara düşüb
Energetika09:56
Futzal departamentinin meneceri Fərrux Hüseynzadə beynəlxalq oyuna təyinat alıb
Futbol09:47
Yaponiyada 6 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr09:45
"Azəriqaz" abonentləri müqavilələri SİMA ilə rəqəmsal imzalayacaq
İKT09:43