Avropa çempionatının bürünc mükafatçısı: “Maksimumu etməyə çalışdım, çox şey alınmadı”
- 22 may, 2023
- 14:10
Yeniliklərdən dərhal xəbərdar olun!
“Maksimumu etməyə çalışdım, çox şey alınmadı”.
“Report” xəbər verir ki, bunu bədii gimnastika üzrə Azərbaycan millisinin üzvü Zöhrə Ağamirova Bakıda keçirilən 39-cu Avropa çempionatında topla fərdi çıxışında bürünc medal qazanması barədə mətbuat konfransında deyib.
O, turnirə ciddi hazırlaşdığını bildirib və yekunda medal qazandığı üçün məmnunluq ifadə edib: “Məqsədim proqramlarımı yaxşı yerinə yetirmək idi. Ciddi hazırlıq gedirdi. Şadam ki, medal qazana bildim”.
Z.Ağamirova onu və qrup hərəkətləri komandasını təbrik etdiyi üçün Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib: “Mehriban xanıma diqqətinə görə təşəkkür edirəm. Onun bizi təbrik etməsinə görə çox şadıq”.