Avropa çempionatı: Bu gün Azərbaycanın daha 4 cüdoçusu yarışacaq
Fərdi
- 16 sentyabr, 2022
- 05:52
Bu gün Azərbaycanın daha 4 cüdoçusu Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında mübarizəyə başlayacaq.
"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, yarışın 2-ci günündə tatamiyə çıxacaq idmançılardan 3-ü kişi, biri isə qadındır.
73 kq-da Vüsal Qələndərzadə 1/16 finalda Kyartan Hreydarssonla (İslandiya) üz-üzə gələcək.
81 kq çəki dərəcəsində Ömər Rəcəbli Randel Pasteli (Estoniya), Elcan Hacıyev Marko Yanseri (Monteneqro) sınağa çəkəcək. Hər iki görüş 1/16 finala təsadüf edəcək.
Qadınlardan isə 63 kq-da çıxış edən Aytac Qardaşxanlı 1/16 finalda Nele Noakla (Almaniya) görüşəcək.
Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində yer alan Turan Bayramov gümüş medal qazanıb.
Son xəbərlər
17:49
İllik 8,5 %-dən başlayan şərtlərlə - NAĞD PUL KREDİTİ
Maliyyə17:48
Kallas: Rusiyanın "kölgə donanması"na aid olduğu ehtimal edilən gəmidə yoxlama aparılıb
Digər ölkələr17:48
İlham Əliyevin sosial media hesablarında Məsud Pezeşkianla görüşünə dair paylaşım edilib
Xarici siyasət17:47
Azərbaycanda ulduz kateqoriyalı hotellərin sayı artıb
Turizm17:45
Autizm spektr pozuntusu olan uşağın zorakılığa məruz qalması ilə bağlı araşdırma aparılır - RƏSMİ
Sosial müdafiə17:44
Rusiya Zaporojyeyə zərbə endirib, altı nəfər yaralanıb
Digər ölkələr17:40
Foto
Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyənləşib
Elm və təhsil17:38
Azərbaycanda veb səhifəsi olan məktəblərin sayı 3 %-ə yaxın azalıb
İKT17:37