Avropa çempionatı: Azərbaycanın şahmat millisi birinci pilləyə yüksəlib
Komanda
- 13 oktyabr, 2025
- 21:21

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında birinci pilləyə yüksəlib.
"Report"un məlumatına görə, buna yığmanın VIII turda Ukraynaya qalib gəlməsi səbəb olub.
Qarşılaşma komandamızın 2,5:1,5 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmanın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Eltac Səfərli mübarizə aparıblar.
Yeganə qələbə Rauf Məmmədovun aktivinə yazılıb. Şəhriyar Məmmədyarov, Eltac Səfərli və Aydın Süleymanlı rəqibləri ilə bərabərə qalıblar.
Kişilərdən ibarət milli sonra bir tur qalmış 13 xalla Ukrayna komandasını qabaqlayaraq birinci yerdədir.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən Avropa çempionatı oktyabrın 14-də başa çatacaq.
Son xəbərlər
23:51
Foto
Video
DÇ-2026: Ukrayna - Azərbaycan oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-4
Futbol23:41
Foto
Video
Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
Daxili siyasət23:23
Türkiyə Prezident Administrasiyası Yaxın Şərq Sülh Sammitini dəyərləndirib
Region23:10
Foto
Video
Azərbaycan Prezidenti İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib - YENİLƏNİB-5
Xarici siyasət23:08
Azərbaycan BMT-yə uşaq hüquqlarının müdafiəsinə dair milli tədbirlər barədə məlumat təqdim edib
Xarici siyasət22:54
Kabo-Verde millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb
Futbol22:45
İsrail və HƏMAS sülh planının üçüncü və dördüncü bəndlərini həyata keçirməyə başlayıblar
Digər ölkələr22:42
Tramp Macarıstanda parlament seçkilərində Orbanın qalib gələcəyini proqnozlaşdırıb
Digər ölkələr22:22