Amerikalı MMA idmançısı Çarlz Conson: "Bakıda azarkeşlər tərəfindən qarşılanmağım möhtəşəm idi"

Fərdi
  • 24 iyun, 2026
  • 13:04
Amerikalı MMA idmançısı Çarlz Conson: Bakıda azarkeşlər tərəfindən qarşılanmağım möhtəşəm idi

ABŞ-dən olan MMA idmançısı Çarlz Conson Bakıda azarkeşlər tərəfindən qarşılanmağını möhtəşəm adlandırıb.

"Report"un məlumatına görə, o, bu barədə mətbuat konfransında açıqlama verib.

35 yaşlı idmançı gecə saatlarında ölkəyə gəldiyini söyləyib:

"Gecə Bakıya çatmışam. Məni bir sıra azarkeşlər qarşıladılar. Düşünürəm ki, bu, möhtəşəm idi".

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində qazaxıstanlı Asu Almabayevlə görüşəcək Ç.Conson rəqibinin güclü olduğunu söyləyib:

"Daha əvvəl də bu ölkənin təmsilçiləri ilə üz-üzə gəlmişəm. Qazaxıstanın idmançılarına hörmətlə yanaşıram. Onların döyüşçülərinə rəğbətim var".

O, Azərbaycanla bağlı təəssüratlarını bölüşüb:

"Yeməklərinizin dadına baxa bilməmişəm. Döyüşdən sonra bunu edəcəyəm. Bakıdakı insanlar çox mehribandır. Şəhəriniz də səliqəli və gözəldir".

Xatırladaq ki, "UFC Fight Night Baku" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.

44 filmi