AMADA Antidopinq maarifləndirmə təlimi keçirib

Fərdi
  • 22 iyul, 2023
  • 07:55
AMADA Antidopinq maarifləndirmə təlimi keçirib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idman jurnalistləri üçün Antidopinq maarifləndirmə təlimi keçirib.

“Report”un məlumatına görə, tədbir 22 iyul - Milli Mətbuat Gününə həsr olunub.

Qurumun direktoru Şəfəq Hüseynli çıxışında media nümayəndələrini təbrik edib, idmanın inkişafında onların xüsusi rolunu vurğulayıb.

Daha sonra iştirakçılar arasında viktorina formatında tədbir təşkil olunub.