Almaniya 1960-cı ildən ilk dəfə olaraq bu il Formula-1 qran-pri yarışlarını keçirməyəcək

Fərdi
  • 21 mart, 2015
  • 06:26
Almaniya 1960-cı ildən ilk dəfə olaraq bu il Formula-1 qran-pri yarışlarını keçirməyəcək

Bakı. 21 mart. REPORT.AZ/ Almaniya 1960-cı ildən ilk dəfə olaraq bu il Formula-1 qran-pri yarışlarını keçirməyəcək.  

"Report" Formula-1 rəsmi saytına istinadən xəbər verir ki, iyulun 17-19-da keçirilməli olan Qran-pri Almaniya maliyyə çətinlikləri səbəbindən baş tutmayacaq.

Beləliklə, bu il planlaşdırılan 20 yarışdan yalnız 19-u keçiriləcək. 

Qeyd edək ki, Qran-pri Almaniya uzun müddət ərzində Hokkenhaymrinq və Nyurburqrinq avtotraslarında keçirilib.