Ziba Mustafayeva: "SOCAR-da çalışan qadınların sayında xeyli artım var"

Energetika
  • 06 iyun, 2024
  • 11:45
Ziba Mustafayeva: SOCAR-da çalışan qadınların sayında xeyli artım var

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gender bərabərliyinə xüsusi diqqət ayırır.

“Report” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva Bakı Enerji Forumunun II günündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda hər zaman sənaye sahəsində çalışan bəylərin sayı xanımlardan çox olub: “MDB ölkələrində də belə olub. 3 il əvvəllə müqayisədə bu gün artıq SOCAR-da çalışan qadınların sayında xeyli artım var”.

Z.Mustafayeva qeyd edib ki, son illər SOCAR-ın gənc nəsil üçün proqramları mövcuddur: “Ötən illər ərzində bu proqramlar həyata keçirilərək qadınların işə götürülmə imkanları artıb”.

SOCAR rəsmisi vurğulayıb ki, Bakı Ali Neft Məktəbindən də son illər xanım məzunların sayında böyük irəliləyişlər var.