Yanvarda Azərbaycan neft ixracından gəlirlərini 49 %-dən çox artırıb

Energetika
  • 17 fevral, 2022
  • 12:36
Yanvarda Azərbaycan neft ixracından gəlirlərini 49 %-dən çox artırıb

2022-ci ilin yanvar ayı ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 3 milyon 505 min 551,96 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 2 milyard 031 milyon 435,60 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar ayında ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 12,7 % az, dəyəri isə 49,4 % çoxdur.

Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 65,81 % olub.