“Vitol”: Neftə tələbat hələ 10 il artacaq
Energetika
- 08 aprel, 2021
- 07:03
Dünyada neftə tələbat bundan sonra hələ 10 il ərzində artmağa davam edəcək.
“Report” “Hellenicshippingnews”ə istinadən xəbər verir ki, bu barədə dünyanın ən böyük müstəqil neft və enerji ticarəti şirkəti “Vitol”dan bildiriblər.
Belə ki, bu ilin ikinci yarısında əksər sahələrdə dirçəliş gözlənilir, hərçənd təyyarə yanacağına dair vəziyyət hələ də müəmmalı olaraq qalır. Uzun perspektivdə isə LNG, LPG, təbii qaz kimi daha ekoloji təmiz yanacaq növlərinə tələbat və müvafiq olaraq az karbonlu enerji istehsal edən qurğuların sayı artacaq.
Qeyd edək ki, 2020-ci ildə “Vitol” şirkətinin neft və neft məhsulları satışları koronavirus pandemiyasının fəsadları üzündən gündəlik 8 milyon bareldən 7,1 milyon barelədək, yəni 11 faiz azalıb.
Son xəbərlər
00:13
Foto
DÇ-2026: Ekvador - Almaniya matçında qarşılıqlı qollar var - YENİLƏNİR-2
Futbol00:12
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Hərbi00:11
Foto
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
Futbol00:11
Muxtar Babayev Londonda iqlimlə bağlı tədbirdə diqqəti Xəzər dənizinə yönəldib
Xarici siyasət00:00
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
Hərbi23:43
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İnfrastruktur23:24
İran Hörmüz boğazından keçidlə bağlı xəbərdarlıq edib
Region23:10
Şahin Bağırov hibrid və elektrik avtomobillərinin idxalında yeni imtiyazların tətbiqi məsələsini şərh edib
Biznes23:05
Video