Vahid Ələkbərov: "Neftin qiyməti 25 dollara düşə bilər"
Energetika
- 16 yanvar, 2015
- 10:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 yanvar. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin 25 dollar/barelədək ucuzlşacağı istisna olunmur. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, bunu "LUKoil" neft şirkətinin prezidenti Vahid Ələkbərov deyib.
V.Ələkbərovun sözlərinə görə, buna səbəb OPEC ölkələri, o cümlədədn Səudiyyə Ərəbistanının neft hasilatını azaltmaması planı olacaq. Lakin "LUKoil" rəhbəri bunun qısamüddətli olacağını düşünür. Eyni zamanda, V.Ələkbərov qeyd edir ki, 2015-ci il ərzində dünya neft bazarında qiymət sabitsizliyi və fərqli qiymət dəyişkənliyi müşahidə olunacaq.
Xatırladaq ki, 2014-cü ilin ortalarından indiyədək "qara qızıl"ın qiyməti iki dəfədən çox azalaraq artıq təxminən 47 dollar/barel həddinə yaxınlaşıb.
Son xəbərlər
04:06
Antalyada baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
Region03:40
ABŞ-də "Isaias" qasırğası nəticəsində ölənlərin sayı dördə çatıb
Digər ölkələr03:11
"Türk dünyası dialoqları"nın beşinci müzakirəsi Şimali Kiprdə keçiriləcək
Region02:36
Ər-Riyad hava limanına hücumlarda 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıb
Digər ölkələr02:09
Portuqaliya Futbol Federasiyası Ronaldunun noyabrda milli komandaya qayıdacağına ümid edir
Futbol01:45
Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası müşahidə olunur
Ekologiya01:16
ABŞ-də qasırğa fonunda ehtiyatdan 4 milyon barelədək neftin buraxılmasına icazə verilib
Digər ölkələr00:44
"Euronews": Azərbaycan cüdoçusu karyerasının ən böyük qələbəsini qazana bilərdi
Media00:17