Üç ölkədən Azərbaycana qaz sayğaclarının idxalı bərpa edilib

Energetika
  • 27 dekabr, 2022
  • 10:34
Üç ölkədən Azərbaycana qaz sayğaclarının idxalı bərpa edilib

Bu ilin ilk 10 ayı ərzində Azərbaycana xaricdən 12,673 milyon ABŞ dolları dəyərində 377 min 779 ədəd qaz sayğacı gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 41,8 %, kəmiyyət olaraq – 35,5 % azdır.

Hesabat dövründə Çindən 12,199 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 41,8 % azalıb) 373 min 520 ədəd (-34,4 %), Türkiyədən 209,87 min ABŞ dolları dəyərində (-55,7 %) 3 min 822 ədəd (-76,7 %), Polşadan 95,87 min ABŞ dolları dəyərində 144 ədəd (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 59,44 min ABŞ dolları dəyərində (-40 %) 172 ədəd (-28,6 %), Niderlanddan 51,75 min ABŞ dolları dəyərində (+79,3 %) 46 ədəd (-2,1 %) cihaz idxal edilib.

Yeddi il 2 ayın tamamında İsveçrəyə, 1 il 8 aydan sonra Böyük Britaniyadan, 1 il 7 aylıq fasilənin ardında İtaliyadan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 0,01 min ABŞ dolları dəyərində 2 ədəd, 4 min ABŞ dolları dəyərində 1 ədəd və 0,03 min ABŞ dolları dəyərində 2 ədəd qaz sayğacı alınıb.

44 - Tezliklə