Üç ölkədən Azərbaycana kerosin idxalı bərpa edilib

Energetika
  • 19 dekabr, 2022
  • 11:03
Üç ölkədən Azərbaycana kerosin idxalı bərpa edilib

Bu ilin ilk 10 ayında Azərbaycan xaricdən 16,543 milyon ABŞ dolları dəyərində 12 min 606 ton kerosin yanacağı (reaktiv mühərriklər üçün kerosin yanacağı istisna olmaqla) alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,7 dəfə, kəmiyyət olaraq – 4,2 dəfə çoxdur.

Hesabat dövründə Niderlanddan 8,975 milyon ABŞ dolları dəyərində 5 min 506 ton (bir il əvvəl tədarük olmayıb), Belçikadan 4,059 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 % çoxdur) 2 min 570 ton (-14,3 %), Türkmənistandan 3,167 milyon ABŞ dolları dəyərində 4 min 333 ton, İtaliyadan 235,93 min ABŞ dolları dəyərində (+53 dəfə) 178 ton (+162 dəfə), Almaniyadan 45,74 min ABŞ dolları dəyərində (+12 dəfə) 6,84 ton (+17 dəfə) məhsul idxal edilib.

Bir il 9 ayın tamamında Türkmənistandan, 1 il 7 aylıq fasilənin ardından Fransadan, 1 il 6 aydan sonra Çindən tədarük bərpa edilib. Fransadan 0,27 min ABŞ dolları dəyərində 0,03 ton və Çindən 1,17 min ABŞ dolları dəyərində 0,35 ton kerosin gətirilib.

Ötən il Azərbaycanın xaricdən (14 ölkədən) aldığı 4 min 511 ton kerosinin 66,5 %-i Belçikanın payına düşüb.