Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi cüzi azalıb

Energetika
  • 30 oktyabr, 2023
  • 05:34
Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi cüzi azalıb

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 171,676 milyon barel neft nəql edilib.

Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir. Bu, 2022-ci ilin ilk 9 ayı ilə müqayisədə 7,297 milyon barel və yaxud 4,44 % çoxdur.

Bu ilin sentyabr ayında isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 19,085 milyon barel neft nəql edilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 220 min barel və yaxud 6 % azdır.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

44 - Tezliklə