Türkiyə 11 ayda Azərbaycan qazını alan ölkələr arasında liderliyini qoruyub

Energetika
  • 27 yanvar, 2025
  • 15:15
Türkiyə 11 ayda Azərbaycan qazını alan ölkələr arasında liderliyini qoruyub

Azərbaycan ötən ilin yanvar-noyabr aylarında Türkiyəyə 8 milyard 996 milyon 715,8 min kubmetr təbii qaz ixrac edib.

“Report” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, hesabat dövründə Türkiyəyə tədarük edilən Azərbaycan qazının dəyəri 2 milyard 750 milyon 672,46 min ABŞ dolları təşkil edib.

2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ixrac kəmiyyət ifadəsində 12,3 %, dəyər ifadəsində isə 21,5 % azalıb.

Ümumilikdə, 2024-cü ilin 11 ayında Azərbaycan 7 milyard 604 milyon 209,14 min ABŞ dolları məbləğində (azalma 1,7 dəfə) 23 milyard 522 milyon 163,88 min kubmetr qaz (azalma 3,5 %) ixrac edib.

Hesabat dövründə 6 ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana qaz tədarükü həyata keçirilib.

Azərbaycan qazının alış həcminə görə TOP 3-ə Türkiyə, İtaliya və Gürcüstan daxildir.

Türkiyə Azərbaycan qazının alıcısı olan ölkələr arasında birinci yeri tutub - ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan ixrac edilən qazın 38,2 %-i Türkiyənin payına düşüb.

İkinci yerdə 38 % payla İtaliya qərarlaşıb. Bu ölkəyə 3 milyard 637 milyon 19,69 min ABŞ dolları dəyərində (azalma 2 dəfə) 8 milyard 930 milyon 828,47 min kubmetr qaz (azalma 5,8 %) tədarük edilib.

Hesabat dövründə Azərbaycan qazının alıcısı olan ölkələr arasında üçüncü yerdə 12,6 % payla Gürcüstan gəlir. Bu ölkəyə 284 milyon 357,36 min ABŞ dolları məbləğində (azalma 11,1 %) 2 milyard 967 milyon 963 min kubmetr qaz (artım 1,5 dəfə) tədarük edilib.

44 - Tezliklə