Türkiyə 10 ayda Azərbaycan qazını alan ölkələr arasında liderliyini qoruyub
- 23 dekabr, 2024
- 13:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan bu ilin yanvar-oktyabr aylarında Türkiyəyə 2 milyard 506 milyon 687,53 min ABŞ dolları dəyərində 8 milyard 148 milyon 414,28 min kubmetr qaz ixrac edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac miqdar ifadəsində 15,6 %, dəyər ifadəsində isə 24,5 % azalıb.
Ümumilikdə, 2024-cü ilin 10 ayında Azərbaycan 6 milyard 848 milyon 514,92 min ABŞ dolları (-1,8 dəfə) dəyərində 21 milyard 338 milyon 832,9 min kubmetr qaz (-6,9 %) ixrac edib. Hesabat dövründə 6 ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana qaz tədarükü həyata keçirilib.
Hesabat dövründə Azərbaycan qazının alış həcminə görə TOP3-ə Türkiyə, İtaliya və Gürcüstan daxil olub. Türkiyə Azərbaycan qazının alıcıları arasında lider olub və yanvar-oktyabr aylarında Azərbaycandan ixrac edilən qazın 38,2 %-i bu ölkənin payına düşüb.
İkinci yerdə 37,8 %-lə İtaliya qərarlaşıb. 10 ayda bu ölkəyə 3 milyard 247 milyon 927,44 min ABŞ dolları dəyərində (- 2,2 dəfə) 8 milyard 62 milyon 988,55 min kubmetr qaz (- 10,3 %) ixrac edilib.
Bu lin yanvar-oktyabr aylarında Azərbaycan qazını alan ölkələr arasında üçüncü yerdə 12,9 % payla Gürcüstan gəlir. Bu dövrdə Gürcüstana 263 milyon 595,08 min ABŞ dolları dəyərində (- 11,7 %) 2 milyard 770 milyon 681,99 min kubmetr qaz (+ 53,3%) ixrac olunub.