TAP ilə Azərbaycandan Yunanıstandan qaz tədarükü sifarişlərinin həcmləri artıb

Energetika
  • 02 sentyabr, 2024
  • 07:06
TAP ilə Azərbaycandan Yunanıstandan qaz tədarükü sifarişlərinin həcmləri artıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən sentyabrın 2-də qaz tədarükü üçün 341 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 8,43 % azdır.

Kipoi çıxış nöqtəsindən sentyabrın 3-dən 8-dək qaz tədarükü üçün 341 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, avqustun 28-dən sentyabrın 1-nə qədər olan sifariş həcmi ilə müqayisədə eynidir.

Yunanıstanın Komotini çıxış nöqtəsindən sentyabrın 2-dən 8-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən sentyabrın 2-də qaz tədarükü üçün 65 milyon 674 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsi gününün göstəricisindən 87,75 % çoxdur.

Nea Mesimvria çıxış nöqtəsindən sentyabrın 3-dən 8-dək qaz tədarükü üçün 48 milyon 010 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, avqustun 27-nə olan göstərici ilə müqayisədə 37,25 %, avqustun 28-i və 30-na olan göstəriciləri ilə müqayisədə isə 58,21 % çoxdur.

Eyni zamanda, avqustun 29-na olan sifariş həcmi ilə müqayisədə 27,42 % çoxdur, avqustun 30-u və sentyabrın 1-ndə isə bu göstəricilər eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün sentyabrın 2-də 273 milyon 199 min 147 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 11,95 % azdır. Sentyabrın 3-dən 8-dək isə bu çıxış nöqtəsindən 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu da avqustun 27-nə olan sifariş həcmi ilə müqayisədə 12,34 % azdır.

Bu həcmlər avqustun 28-i və 30-u, həmçinin sentyabrın 1-nə olan sifariş həcmləri ilə müqayisədə eynidir, avqustun 29-u və 31-i ilə müqayisədə 0,66 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

44 filmi