TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Energetika
  • 13 oktyabr, 2025
  • 09:42
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən oktyabrın 13-də 359 milyon 993 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə "Report" TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 5,26 % azdır.

Kipoi çıxış nöqtəsindən oktyabrın 14-dən 20-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.

Bu, oktyabrın 7-nə olan sifariş göstəriciləri ilə müqayisədə 12,88 % azdır. Oktyabrın 8-dən 12-dək olan sifariş göstəriciləri ilə müqayisədə 12,89 % isə azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən oktyabrın 13-da 20-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən oktyabrın 13-da 20-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün oktyabrın 13-297 milyon 476 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, oktyabrın 6-na olan sifariş göstəriciləri ilə müqayisədə 6,15 % azdır.

Bu çıxış nöqtəsindən qazın tədarükü üçün oktyabrın 14-dən 20-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, oktyabrın 7-dən 12-dək olan sifariş göstəriciləri ilə müqayisədə 14,32 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti