TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Energetika
  • 17 mart, 2025
  • 09:55
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən martın 17-də 377 milyon 849 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin göstəriləri ilə müqayisədə 6,24 % çoxdur.

Kipoi çıxış nöqtəsindən martın 18-dən 23-nə kimi 343 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, martın 11-dən 14-dək olan sifariş göstəriciləri ilə müqayisədə 6,47 % azdır. Martın 15-nə və 16-na olan sifariş göstəriciləri ilə müqayisədə isə 9,22 % azdır

Yunanıstanın Komotini çıxış nöqtəsindən martın 17-dən 23-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən martın 17-dan 23-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün martın 17-də bu çıxış nöqtəsindən 315 milyon 332 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu həcm daha əvvəlki həftənin bazar ertəsinin sifariş həcmi ilə müqayisədə 7,58 % çoxdur.

Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün martın 18-dən 16-dək bu çıxış nöqtəsindən 281 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu həcmlər martın 11-nə olan sifariş həcmləri ilə müqayisədə isə 11,7 % azdır.

Martın 12-dən 14-dək olan sifariş göstəriciləri ilə müqayisədə 7,3 % azdır. Bu çıxış nöqtəsindən martın 15-i və 16-na olan sifariş göstəriciləri ilə müqayisədə isə 10,6 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

44 filmi