TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Energetika
  • 21 iyul, 2025
  • 10:07
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən iyulun 21-də 345 milyon 119 min 809 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 5,9 % azdır.

Kipoi çıxış nöqtəsindən iyulun 22-dən 28-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.

Bu, iyulun 15-nə olan sifariş göstəriciləri ilə müqayisədə 9,7 % azdır. İyulun 16-na olan sifariş göstəriciləri ilə müqayisədə isə 5,4 % azdır. İyulun 17-dən 20-nə qədər olan sifariş göstəriciləri ilə müqayisədə eynidir.

Yunanıstanın Komotini çıxış nöqtəsindən iyulun 21-dən 28-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən iyulun 21-dən 28-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün iyulun 21-də 283 milyon 102 min 833 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, iyunun 15-nə olan sifariş göstəriciləri ilə müqayisədə 7,1 % azdır.

Bu çıxış nöqtəsindən qazın tədarükü üçün iyulun 22-dən 28-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, iyulun 15-nə olan sifariş göstəriciləri ilə müqayisədə 10,7 % azdır. İyulun 16-na olan sifariş göstəriciləri ilə müqayisədə isə 5,5 % azdır. İyulun 17-dən 20-nə qədər olan sifariş göstəriciləri ilə müqayisədə isə eynidir.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.