TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Energetika
  • 09 iyun, 2025
  • 09:52
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən iyunun 9-da 381 milyon 505 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 10,6 % çoxdur.

Kipoi çıxış nöqtəsindən iyunun 10-dan 16-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.

Bu, iyunun 3-nə və 5-nə olan sifariş göstəriciləri ilə müqayisədə 3,64 %, iyunun 4-nə olan sifariş göstəriciləri ilə müqayisədə də 3,78 % azdır. İyunun 6-dan 8-nə olan sifariş göstəriciləri ilə müqayisədə də isə 13,23 % azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən iyunun 9-dan 16-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən iyunun 9-dan 16-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün iyunun 9-da 319 milyon 988 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, iyunun 2-nə olan sifariş göstəriciləri ilə müqayisədə 13,47 % çoxdur.

İyunun 10-dan 16-dək 281 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, iyunun 3-dan 5-nə qədər olan sifariş göstəriciləri ilə müqayisədə eynidir. İyunun 6-dən 8-nə qədər olan sifariş göstəriciləri ilə müqayisədə isə 11,87 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

44 filmi