TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Energetika
  • 27 may, 2024
  • 06:03
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən mayın 27-də qaz tədarükü üçün 366 milyon 529 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 0,43 % çoxdur.

Kipoi çıxış nöqtəsindən mayın 28-dən iyunun 1-dək qaz tədarükü üçün 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu da ötən həftənin mayın 21-ə olan sifariş həcmi ilə müqayisədə 9,7 %, mayın 22-nə olan sifariş həcmləri ilə müqayisədə 10 % azdır. Mayın 23-dən 26-na kimi olan sifariş həcmləri ilə müqayisədə isə 9,7 % azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən mayın 27-dən iyunun 1-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən də mayın 27-dən iyunun 1-dək hər gün üçün ötən həftədəki kimi 30 milyon 346 min 301 kVt/saat həcmində qaz sifariş edilib.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün mayın 27-də qaz tədarükü üçün 308 milyon 612 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 2,04 % çoxdur.

Mayın 28-dən iyunun 1-dək isə bu çıxış nöqtəsindən 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edib. Bu da ötən həftənin mayın 21-ə olan sifariş həcmi ilə müqayisədə 11,2 %, mayın 22-nə olan sifariş həcmləri ilə müqayisədə 12,5 % azdır.

Mayın 23-nə olan sifariş həcmləri ilə müqayisədə 12,3 %, mayın 24-ü ilə müqayisədə 12,5 % azdır. Mayın 25-i və 26-na olan sifariş həcmləri ilə müqayisədə isə 11,1 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.