TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Energetika
  • 22 aprel, 2024
  • 10:31
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən aprelin 22-də qaz tədarükü üçün 351 milyon 556 min 781 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 5,57 % çoxdur.

Kipoi çıxış nöqtəsindən aprelin 23-dən 28-dək qaz tədarükü üçün 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu da, müvafiq olaraq ötən həftənin aprelin 16-ı və 18-inə olan sifariş həcmi ilə müqayisədə 9,72 %, aprelin 17-nə olan sifariş həcmi ilə müqayisədə 7,51 %, aprelin 19-dan 21-nədək olan sifariş həcmi ilə müqayisədə isə 5,84 % azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən aprelin 22-dən 28-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən də aprelin 22-dən 28-dək hər gün üçün ötən həftədəki kimi 30 milyon 346 min 301 kVt/saat həcmində qaz sifariş edilib.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün aprelin 22-dən 28-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edib. Bu göstərici aprelin 16-dan 21-dək olan həcmlərlə eyni səviyyədədir, lakin ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 10,33 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.