TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
- 19 avqust, 2024
- 05:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən avqustun 19-da qaz tədarükü üçün 372 milyon 493 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 12,5 % çoxdur.
Kipoi çıxış nöqtəsindən avqustun 20-dən 25-dək qaz tədarükü üçün 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin avqustun 13-ü-15-nə olan sifariş həcmi ilə müqayisədə 3,73 %, avqustun 16-nə olan sifariş həcmi ilə müqayisədə 3,72 % azdır. Avqustun 17-i və 18-nə olan sifariş həcmi ilə müqayisədə isə 11,14 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən avqustun 19-dan 25-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən avqustun 19-da qaz tədarükü üçün 48 milyon 010 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsi gününün göstəricisi ilə müqayisədə eynidir. Nea Mesimvria çıxış nöqtəsindən avqustun 20-dən 25-dək qaz tədarükü üçün 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin göstəriciləri ilə müqayisədə 36,8 % azdır.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün avqustun 19-da qaz tədarükü üçün 297 milyon 336 min kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 9,32 % çoxdur.
Avqustun 20-dən 25-dək isə bu çıxış nöqtəsindən 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edib. Bu da ötən həftənin avqustun 13-dən avqustun 15-nə olan sifariş həcmi ilə müqayisədə 2,78 % azdır. Avqustun 16-na olan sifariş həcmləri ilə müqayisədə isə 10,21 % azdır. Bu, həcmlər ötən həftənin avqustun 17 və 18-nə olan sifariş həcmləri ilə müqayisədə isə eynidir.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.