TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
- 13 may, 2024
- 05:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən mayın 13-də qaz tədarükü üçün 366 milyon 545 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 6,23 % çoxdur.
Kipoi çıxış nöqtəsindən mayın 14-dən 19-dək qaz tədarükü üçün 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu da ötən həftənin mayın 7-dən 10-dək olan sifariş həcmi ilə müqayisədə 9,69 %, mayın 11 və mayın 12-nə olan sifariş həcmi ilə müqayisədə isə 6,43 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən mayın 13-dən 19-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən də mayın 13-dən 19-dək hər gün üçün ötən həftədəki kimi 30 milyon 346 min 301 kVt/saat həcmində qaz sifariş edilib.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün mayın 13-də qaz tədarükü üçün 304 milyon 028 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 7,5 % çoxdur.
Mayın 14-dən 19-dək isə bu çıxış nöqtəsindən 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edib. Bu, ötən həftə mayın 7-dən 10-na göstəricisi ilə müqayisədə 10,62 % azdır.
Eyni zamanda bu göstərici mayın 11-ə bə mayın 12-nə olan göstəricisi ilə müqayisədə isə 6,61 % azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.