Sumqayıt Elektrik Stansiyasında ümumi istehsalın həcmi açıqlanıb

Energetika
  • 19 noyabr, 2026
  • 15:13
Sumqayıt Elektrik Stansiyasında ümumi istehsalın həcmi açıqlanıb

İstismara verildiyi tarixdən bu ilin noyabr ayına qədər Sumqayıt Elektrik Stansiyasında 51 milyard kVt/saat elektrik enerjisi istehsal edilib.

Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, stansiya ümumi gücü 525,3 MVt olmaqla, gücü 168,3 MVt olan 2 ədəd qaz və gücü 188,7 MVt olan 1 ədəd buxar turbinindən ibarətdir.

Qeyd edək ki, Sumqayıt Elektrik Stansiyası 2009-cu il noyabrın 19-da istismara verilib.