"Digah-Bilgəh" magistral qaz kəməri zədələnib, Nardaranda abonentlər qazsız qalıb

Energetika
  • 04 fevral, 2024
  • 14:38
Digah-Bilgəh magistral qaz kəməri zədələnib, Nardaranda abonentlər qazsız qalıb

Paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində su kəmərinin çəkilişi zamanı ərazidən keçən diametri 400 mm olan yeraltı polietilen "Digah-Bilgəh" magistral qaz kəməri zədələnib.

Bu barədə "Report"a Azəriqaz İB-dən bildirilib.

Baş verən qəza nəticəsində Nardaran qəsəbəsi ərazisi üzrə 4 000 abonentin qaz təchizatında məhdudiyyət yaranıb. Digər ərazilərdə abonentlərin qaz təminatında fasilə yaranmaması üçün alternativ şəbəkədən təbii qazla təmin edilib.

Hal-hazırda qəza vəziyyətinin aradan qaldırılması ilə əlaqədar əraziyə xeyli sayda işçi qrupları cəlb edilib, təmir-bərpa işləri yerinə yetirilir.

44 filmi