STAR NEZ Türkiyədə neft koksu istehsalını 9 %-ə yaxın artırıb

Energetika
  • 31 may, 2025
  • 11:58
STAR NEZ Türkiyədə neft koksu istehsalını 9 %-ə yaxın artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 206 min 483 tondan çox neft koksu istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2024-cü ilin ilk 3 ayı ilə müqayisədə 16 min 586 ton və ya 8,7 % çoxdur.

Bu ilin mart ayında STAR NEZ 65 min 247 tona yaxın neft koksu istehsal edib ki, bu da ötən ilin mart ayı ilə müqayisədə 928 ton və ya 1,4 % azdır.

Ümumilikdə, bu ilin birinci rübündə Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 442 min 149 tondan çox neft koksu istehsal edilib ki, bu da 2024-cü ilin ilk rübü ilə müqayisədə 105 min 950 ton və ya 31,5 % çoxdur.

Təkcə mart ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 140 min 769 ton çox neft koksu istehsal edilib ki, bu da 2024-cü ilin mart ayı ilə müqayisədə 69 min 782 ton və ya 98,3 % çoxdur.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.