Azərbaycan və Latviya Riqada konsulluq məsləhətləşmələri keçirib
- 03 noyabr, 2026
- 20:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Latviya konsulluq məsləhətləşmələri keçirib, konsulluq xidmətlərinin rəqəmsallaşdırılması və praktiki əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
"Riqada hər iki ölkənin Xarici İşlər nazirliklərinin və aidiyyəti qurumlarının nümayəndələrinin iştirakı ilə Azərbaycan və Latviya arasında konsulluq məsləhətləşmələri keçirilib. Müzakirələrin mərkəzində konsulluq xidmətlərinin rəqəmsallaşdırılması, təcrübə mübadiləsi və daha sıx praktiki əməkdaşlıq imkanları məsələləri olub. Səmimi qəbula və konstruktiv qarşılıqlı fəaliyyətə görə latviyalı həmkarlarımıza minnətdarıq", - o yazıb.
#Azerbaijan~#Latvia consular consultations took place in Riga, bringing together representatives of both @AzerbaijanMFA and @Latvian_MFA and relevant institutions. Digitalization of consular services, exchange of expertise and opportunities for closer practical cooperation were at the heart of the discussions. Grateful to our Latvian colleagues for their warm welcome and constructive engagement. 🇦🇿 🇱🇻
— Nermine Mustafayeva (@NermineMustafa2) November 3, 2026