STAR neft emalı zavodu aviayanacaq istehsalını 29 %-dən çox artırıb

Energetika
  • 31 may, 2025
  • 10:52
STAR neft emalı zavodu aviayanacaq istehsalını 29 %-dən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 280 min 515 tondan çox reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 63 min 316 ton və ya 29,1 % azdır.

Yalnız mart ayında STAR NEZ 116 min 979 tona yaxın reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 79 min 175 ton və ya 3,1 dəfə çoxdur.

Ümumilikdə, bu ilin birinci rübündə Türkiyədə neft emalı zavodları tərəfindən 1 milyon 393 min 101 tondan çox reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edilib ki, bu da 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 210 min 662 ton və ya 17,8 % çoxdur.

T:əkcə mart ayında Türkiyədə neft emalı zavodları tərəfindən 538 min 282 tondan çox reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edilib ki, bu da 2024-cü ilin mart ayı ilə müqayisədə 197 min 814 ton və ya 58 % azdır.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.