SOCAR Ukraynada "suda yanacaqdoldurma" mövsümünü açıb
Energetika
- 18 may, 2016
- 10:30
Bakı. 18 may. REPORT.AZ/ "SOCAR Ukraine" şirkəti Kiyev şəhərində 2016-cı ilin naviqasiya mövsümünün başlaması ilə əlaqədar yaxta və qayıqların yanacaqla təminatı üçün üzən "Bakı-1" adlı yanacaqdoldurma gəmisini suya salıb.
"Report"un "OilNews"a istinadən verdiyi xəbərə görə, bu barədə şirkətdən bildirilib.
Üzən yanacaqdoldurma məntəqəsi "Xalqlar Dostluğu" parkında, Dnepr çayında - "Primatel" yaxta-klubunun ərazisində yerləşir.
İkinci, "Gəncə" adlı yanacaqdoldurma gəmisi isə Odessa şəhərinin (Qara dəniz) kurort zonasındadır. O, bu ilin aprel ayından yenidən istifadəyə verilib.
Qeyd edək ki, "Bakı-1" gəmisi "Primatel" klubunun ərazisinə 2014-cü ildə köçürülüb.
Son xəbərlər
00:10
SEPAH: ABŞ-nin Lark adasına hücumu cavabsız qalmayacaq
Region23:53
"Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
Region23:37
Merts: Biz Almaniyada özümüzü müdafiə etmək iqtidarında olmalıyıq
Digər ölkələr23:25
Çikaqoda bir kişi insan kütləsinə atəş açıb, həlak olan var
Digər ölkələr23:12
Gəncə şəhərində yanğın baş verib
Hadisə22:49
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir
Hərbi22:46
Merts Leypsiqdəki PUA insidenti ilə bağlı cavab hazırlandığını bildirib
Digər ölkələr22:34
Video
Şimali Kiprdə batan gəminin 19 sərnişinin axtarışları davam edir - YENİLƏNİB-5
Region22:25