SOCAR quruda iki yeni quyu qazır
Energetika
- 08 yanvar, 2015
- 12:03
Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Tresti "Pirallahı adası-quru" və "Çahandar-Zarat" yataqlarında iki yeni quyuda qazma işlərinə başlayıb. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
"Abşeronneft" NQÇİ-nin sifarişi ilə "Pirallahı adası-quru" yatağında Qirməkialtı Lay Dəstəsinə qazılan 1 179 nömrəli quyunun layihə dərinliyi 910 metrdir. "Siyəzənneft" NQÇİ-nin sifarişi ilə "Çahandar-Zarat" yatağında Maykop Lay Dəstəsinə qazılan 1 787 nömrəli quyunun layihə dərinliyi isə 1 250 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyuların hər birindən sutkada 4 ton neft hasil ediləcəyi nəzərdə tutulur.
Son xəbərlər
12:23
Sabah Azərbaycanda yağış yağacaq
Ekologiya12:16
Aǧcabədidə yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Hadisə12:15
Filippində leysan və torpaq sürüşmələri nəticəsində 19 nəfər ölüb
Digər ölkələr12:14
Foto
Azərbaycan və Türkiyə gömrük prosedurlarını sadələşdirməyi müzakirə ediblər
Biznes12:11
"Hall Siti" Moamed-Ali Şonun transferindən imtina edib
Futbol12:07
Əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır
Sosial müdafiə12:04
Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 % artıb
Biznes11:55
Foto
Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb
Hadisə11:52