"Hall Siti" Moamed-Ali Şonun transferindən imtina edib
- 11 avqust, 2026
- 12:11
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Hall Siti" klubu Fransanın "Nitsa" komandasının hücumçusu Moamed-Ali Şonun transferindən imtina edib.
"Report" "Nice-Matin"ə istinadən xəbər verir ki, buna klublar arasında razılığın əldə olunmaması səbəb olub.
Daha əvvəl tərəflər 22 yaşlı fransalı futbolçunun keçidi üçün təxminən 20 milyon avroluq məbləği müzakirə ediblər. Bu uğursuzluq maliyyə sabitliyi yaratmağa çalışan "Nitsa" rəhbərliyi, eləcə də komandanın yeni baş məşqçisi Olivye Pantaloninin idman layihəsi üçün ciddi zərbə sayılıb.
Qeyd edək ki, Fransa millisinin üzvü 2024-cü ilin yanvarından "Nitsa"da çıxış edir və onun klubla müqaviləsinin müddəti 2028-ci il iyunun 30-dək nəzərdə tutulub. O, 2025/2026 mövsümündə keçirdiyi 37 matçda 5 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı futbolçunun dəyərini 15 milyon avro qiymətləndirir.