SOCAR qlobal iqtisadi və enerji bazarları üzrə Çərçivə sənədi təqdim edib
- 01 mart, 2025
- 17:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qrupu üçün qlobal iqtisadi və enerji bazarları üzrə gözləntiləri və əsas fərziyyələri əhatə edən Çərçivə sənədi təqdim edilib.
"Report" SOCAR-a istinadən xəbər verir ki, sənədi şirkətin baş iqtisadçısı - prezidentin müşaviri Ramin Dənyarov təqdim edib.
Məlumata görə, SOCAR-ın seqment rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə qlobal iqtisadi proqnozlar, iqtisadi və enerji siyasəti mühiti, maliyyə və kapital bazarlarındakı tendensiyalar, neft-qaz sənayesindəki proseslər və ehtimal olunan risklər barədə geniş məlumat verilib.
Çərçivə sənədinin SOCAR-da strateji planlaşdırma, proqnozlaşdırma, maliyyə-büdcə modelləşdirməsi, risklərin idarə olunması və investisiya layihələrinin qiymətləndirilməsi sahələrində istinad mənbəyi kimi istifadəsi nəzərdə tutulur.