“SOCAR Polymer Investments” şirkətinin nizmannamə kapitalı 83 mln. manat artırılıb

Energetika
  • 14 iyun, 2018
  • 09:15
“SOCAR Polymer Investments” şirkətinin nizmannamə kapitalı 83 mln. manat artırılıb

Bakı. 14 iyun. REPORT.AZ/ “SOCAR Polymer Investments” şirkətinin nizamnamə kapitalı 83 mln. manat (49 mln. dollar) məbləğində artırılıb.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın audit olunmuş 2017-ci il üzrə maliyyə hesabatında qeyd edilib.

Qeyd olunub ki, hesabat dövründən sonra “SOCAR Polymer Investments” MMC şirkətinin digər səhmdarları “Vitol Black Sea V.L.L” və “Ecoland” MMC şirkətin nizamnamə kapitalını artırıb.

“Vitol Black Sea” “SOCAR Polymer Investments”in nizamnamə kapitalına 61 mln. manat (36 mln. dollar), “Ecoland” MMC 22 mln. manat (13 mln. dollar) vəsait qoyub.