"SOCAR Polymer" 6 ayda ümumi dəyəri 128 milyon dollardan çox olan məhsul ixrac edib

Energetika
  • 29 iyul, 2026
  • 16:00
SOCAR Polymer 6 ayda ümumi dəyəri 128 milyon dollardan çox olan məhsul ixrac edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 128,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

"Report"un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyul sayında bildirilir.

Bu, 2025-ci ilin 6 ayı ilə müqayisədə 700 min ABŞ dolları və yaxud 0,5 % azdır.

6 ay ərzində Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.