SOCAR-la “Sonatrach” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
- 13 noyabr, 2017
- 14:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Abu-Dabidə (BƏƏ) Əlcəzair dövlət şirkəti - “Sonatrach”ın baş icraçı direktoru Abdelmumen Ould Kadurla görüşüb.
“Report” xəbər verir ki, görüşdə SOCAR prezidenti rəhbərlik etdiyi Şirkətin Azərbaycan, Türkiyə və digər regionlardakı layihələri barədə məlumat verib. O, “Sonatrach”ın baş icraçı direktorunu Bakıya dəvət edib.
R.Abdullayev SOCAR-ın Ticarət evi - “SOCAR Trading” şirkətinin üçüncü tərəflərin məhsullarının ticarəti ilə bağlı fəaliyyətinin sürətlə inkişaf etdiyini xatırladaraq “Sonatrach” şirkəti ilə neft məhsulları sahəsində əməkdaşlıq edildiyini vurğulayıb: “SOCAR LNG (Liquefied Natural Gas, mayeləşdirilmiş təbii qaz) sahəsində əməkdaşlıqda potensial görür. SOCAR Maltadakı Delimara stansiyası üçün “Sonatrach”ın istehsal etdiyi LNG həcmlərini tədarük edə bilər".
“Sonatrach” şirkətinin baş icraçı direktoru da, öz növbəsində, rəhbərlik etdiyi Şirkətin fəaliyyəti barədə məlumat verərək SOCAR prezidentini Əlcəzairə dəvət edib.
Görüşdə hər iki şirkətin kəşfiyyat, hasilat, nəql, emal və ticarət üzrə birgə əməkdaşlıq üçün imkanlarının olduğu qeyd edilib.