SOCAR-ın törəmə şirkəti 73 min tona yaxın neft məhsulları idxal edib

Energetika
  • 02 iyul, 2024
  • 08:09
SOCAR-ın törəmə şirkəti 73 min tona yaxın neft məhsulları idxal edib

“SOCAR Turkey Petrol Ticaret A.S.” (SOCAR Turkey Enerji-nin törəmə şirkəti) 2024-cü ilin yanvar-aprel aylarında 72 min 867,36 ton neft məhsulları idxal edib.

“Report” bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) istinadən xəbər verir.

Bu, 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 28,8 % azdır.

İdxal strukturunda 68 min 472,53 tonu aviasiya yanacağı, 4 min 394,83 tonunu gəmi yanacağı təşkil edib.

Hesabat dövründə Türkiyənin ümumi neft və neft məhsulları idxalında “SOCAR Turkey Petrol Ticaret A.S.”nin payı 0,46 % təşkil edib.

Həmin dövrdə “SOCAR Turkey Petrol Ticaret A.S.” 192 min 066,34 ton neft məhsulları ixrac edib (Türkiyədən neft məhsullarının ümumi ixracının 3,63 %-i). O cümlədən 169 min 809,39 ton aviasiya yanacağı (ixrac və bunker daxil olmaqla) və 22 min 256,95 ton gəmi yanacağı (ixrac və bunkerinq daxil olmaqla).

Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə şirkət neft məhsullarının ixracını 3,1 % azaldıb.

“SOCAR Turkey Petrol Ticaret A.S.” 2012-ci ildə yaradılıb. Şirkət aviasiya və gəmi yanacağının saxlanılması, satışı, həmçinin mayeləşdirilmiş təbii qaz əməliyyatları ilə məşğuldur.