SOCAR II rübdə Azərbaycanın ümumi neft hasilatının 26 %-ini təmin edib

Energetika
  • 31 iyul, 2025
  • 14:15
SOCAR II rübdə Azərbaycanın ümumi neft hasilatının 26 %-ini təmin edib

Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1 milyon 768 min 875 ton neft hasil olunub.

“Report” bu barədə SOCAR-ın açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərinə istinadən xəbər verir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 106 min 688 min ton və ya 5,7 % azdır.

Ümumilikdə isə, bu ilin ikinci rübü ərzində Azərbaycanda 6 milyon 825 min 722 ton xam neft hasil olunub. Bu, bir il öncəki göstəricidən 348 min 225 ton və ya 4,8 % azdır.

Xatırladaq ki, ötən ilin ikinci rübündə SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1 milyon 875 min 463 ton neft hasil edilib, ölkə üzrə isə 7 milyon 173 min 947 ton xam neft çıxarılıb.