SOCAR I rübdə 2 milyard kubmetrə yaxın qaz hasil edib
- 08 may, 2024
- 10:48
Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1 milyard 985 milyon 942 min kubmetr qaz hasil edib.
“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü ilin I rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəriciləri üzrə hesabatında deyilir.
Bu, ötən ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 219 milyon 410 min ton və ya 9,95 % azdır.
Ölkə üzrə qaz hasilatı isə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 418 milyon 349 min kubmetr və ya 3,4 % artaraq 12 milyard 577 milyon 352 min kubmetr təşkil edib.
Xatırladaq ki, ötən ilin yanvar-mart aylarında SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarından 2 milyard 205 milyon 352 min kubmetr qaz hasil olunub, ölkə üzrə isə 12 milyard 159 milyon 085 min kubmetr qaz istehsal olunub.