SLB və SOCAR Kəlbəcərdə yerin təkinin potensialını qiymətləndirir
- 02 iyun, 2026
- 11:07
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin SLB şirkəti və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi "SOCAR Green" MMC Kəlbəcər rayonunda yerin təkinin potensialını qiymətləndirir.
"Report"un məlumatına görə, bu barədə SLB-nin coğrafiyalar üzrə icraçı vitse-prezidenti Stiv Qassen Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirədə bildirib.
"Hazırda SLB "SOCAR Green" ilə birgə Kəlbəcər rayonunda layihə həyata keçirir - biz yerin təkinin potensialını qiymətləndiririk. Bu geotermal aktivlərin perspektivi bizi çox ruhlandırır - biz kəşfiyyat, texniki-iqtisadi məqsədəuyğunluğun təhlili mərhələlərini keçmişik və bu yataqların işlənməsi üçün tam layihə portfelinin hazırlanmasına başlayırıq", - Qassen bildirib.
Onun sözlərinə görə, Azərbaycanda neft-qaz sənayesi və təcrübə baxımından nəhəng baza mövcuddur.
"Buna görə də hesab edirəm ki, bizim vəzifələrimizdən biri ilk növbədə, neft və qaz hasilatı ilə bağlı karbon izinin azaldılmasına diqqət yetirməkdir. Bu, CO₂-nin tutulması və saxlanılması və ya təkrar istifadəsi kimi həllərin tətbiqini nəzərdə tutur", - icraçı vitse-prezident əlavə edib.