Sentyabrda Türkiyəyə spot qaz tədarükünün həcmi müəyyənləşib
- 26 avqust, 2024
- 09:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) bu ölkənin dövlət neft-qaz şirkəti BOTAŞ və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Enerji Ticaret AŞ” şirkətinin sentyabrda ölkəyə spot qaz tədarükü üçün tutum rezervasiyasının saxlanılması ilə bağlı müraciətlərini təsdiqləyib.
“Report” bu barədə EPDK-ya istinadən xəbər verir.
Bu qərar tənzimləyici orqan tərəfindən avqustun 22-də keçirilən tenderin nəticələrinə əsasən qəbul edilib.
EPDK-nın məlumatına görə, hər iki şirkət sentyabrda Türkiyənin qazpaylayıcı şəbəkələrinə gündəlik ümumi həcmdə 9,702 milyon kubmetr spot qaz tədarükü üçün tutum bron etmək hüququ əldə edib. O cümlədən, BOTAŞ gündəlik 7 milyon 839 min kubmetr, “SOCAR Enerji Ticaret A.Ş.” isə 1 milyon 863 min kubmetr qaz tədarükü üçün tutum bron edib.
Eyni zamanda, Türkiyənin qazpaylayıcı şəbəkələrinə spot qaz tədarükü “BOTAŞ” tərəfindən “Kıyıköy” giriş nöqtəsindən və “SOCAR Enerji Ticaret A.Ş.” (SOCAR-ın törəmə müəssisəsi) tərəfindən “Türkgözü” giriş nöqtəsindən təmin ediləcək.
Qeyd edək ki, avqust ayında Türkiyənin qazpaylayıcı şəbəkələrinə 7 milyon 839 min kubmetr həcmində spot qaz tədarükü “BOTAŞ” tərəfindən “Kıyıköy” giriş nöqtəsindən həyata keçirilir.