Səməd Bəşirli: "Azərbaycan Almaniya ilə BOEM sahəsində birgə işin dəqiq perspektivlərini müşahidə edir"
- 07 oktyabr, 2025
- 12:42

Almaniyanın güclü maliyyə alətləri, külək və günəş enerjisi sahəsində liderliyi Azərbaycanın quru, dəniz külək və günəş resurslarının inkişafı fonunda xüsusilə vacibdir.
"Report"un məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli "Alman-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransı 2025"in açılış mərasimində bildirib.
Nazir müavini qeyd edib ki, energetika Almaniya ilə tərəfdaşlığın təməl daşı olaraq qalır: "Azərbaycan Almaniya üçün xam neft və neft-kimya məhsullarının etibarlı təchizatçısı olub və olmaqda davam edir. Qlobal enerji sistemlərinin transformasiyası ilə bərabər biz bərpa olunan enerji (BOEM) və enerji səmərəliliyi sahəsində əməkdaşlığımızı genişləndiririk".
S.Bəşirli vurğulayıb ki, Xəzər regionu genişmiqyaslı külək enerjisi üçün əhəmiyyətli potensiala malikdir:
"Biz təchizat və xidmət zəncirlərinin inkişafı üzərində birgə işin dəqiq perspektivlərini müşahidə edirik. Strategiyamız daha da irəli gedir. Sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində Azərbaycan üzərinə 2050-ci ilə qədər emissiyaları 40 % azaltmaq öhdəliyini götürüb. 2027-ci ilə qədər təxminən 2 giqavat yeni külək və günəş enerjisi gücünün istifadəyə verilməsi planlaşdırılır. Bu prosesi biz regional inkişafa da inteqrasiya edirik".