“Şahdəniz” yatağının əsaslı xərcləri 28%-dən çox azalıb
- 05 noyabr, 2019
- 09:31
Bu ilin üç rübü ərzində “Şahdəniz” yatağı üzrə fəaliyyətlərə 481 mln ABŞ dollarından çox əməliyyat xərcləri çəkilib.
Bu barədə “Report” yatağın operatoru olan “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə yaydığı rüblük hesabata əsasən xəbər verir.
Məlumata görə, bu, 2018-ci ilin üç rübünün göstəriciləri ilə müqayisədə 63 mln dollar və ya 15,07% çoxdur.
Ötən ilin yanvar-sentyabr ayları ərzində yataq üzrə 818 mln dollardan çox əsaslı xərclər çəkilib ki, bu da əvvəlki ilin ilk 9 ayı ilə müqayisədə 322 mln dollar və ya 28,24% azdır. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz - 2” layihəsinə aid olub.
Qeyd edək ki, “Şahdəniz” layihəsində BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.