"Şahdəniz" yatağından bu il 4,5 mlrd. kubmetr qaz hasil olunub
Energetika
- 03 iyun, 2016
- 06:35
Bakı. 3 iyun. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından işlənmənin əvvəlindən indiyədək ümumilikdə 72 mlrd. kubmetr qaz və 18 mln. ton kondensat hasil olunub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən Beynəlxalq neft-qaz konfransında çıxışında bildirib.
X.Yusifzadənin sözlərinə görə, 2016-cı il ərzində iyunun 1-dək "Şahdəniz" yatağından 4,5 mlrd. kubmetr qaz, 1 mln. ton kondensat hasil olunub.
SOCAR rəsmisi qeyd edib ki, hazırda "Şahdəniz" yatağından 8 işləmə quyusundan gündə orta hesabla 30 mln. kubmetr qaz, 7 min ton kondensat hasil olunur.
Son xəbərlər
11:38
Seyfəlpaşa Əliyev: İcra məmuru vəzifəsinə qəbulda müraciət edənlərin 90 %-dən çoxu hüquqşünas deyil
Daxili siyasət11:26
Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirilir - YENİLƏNİB
Daxili siyasət11:21
Pakistan İran və ABŞ-yə çağırış edib
Digər ölkələr11:08
Foto
Video
Hacıqabulda avtobus qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-2
Hadisə10:47
Foto
Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
Fərdi10:42
Senator Lindsi Qrem vəfat edib
Digər ölkələr10:24
Güclü yağış Telavidə daşqına səbəb olub, küçələr su altında qalıb
Region09:53
Murat Yakın: "Hakimin səhvi bizi cəzalandırdı"
İdman09:49