Hacıqabulda avtobus qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-2
- 12 iyul, 2026
- 11:08
Hacıqabulda baş verən avtobus qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
"Report"un Aran bürosunun məlumatına görə, qəzada Qurbanzadə Timur Yusif oğlu, 1989-cu il təvəllüdlü Qurbanova Vəfa Nəriman qızı, 2011-ci il təvəllüdlü Qurbanzadə Ayxan Yusif oğlu, 1968-ci il təvəllüdlü Kələşov Mahir İludul oğlu, 2003-cü il təvəllüdlü Məmmədov Rəşid Rəsul oğlu, 1965-ci il təvəllüdlü Əliyeva Sevil Abdulsalam qızı, 2004-cü il təvəllüdlü Osmanova Səbinə, 1967-ci il təvəllüdlü Vahabov Məmmədəli Mustafa oğlu, 1994-cü il təvəllüdlü Zabitli Nicat Habil oğlu, 1985-ci il təvəllüdlü Qurbanov Yusif Süleyman oğlu, 2008-ci il təvəllüdlü Kələşov Məhəmməd Mahir oğlu, 1999-cu il təvəllüdlü Həsənli Sarxan Ruslan oğlu, 2003-cü il təvəllüdlü Danyal Zanutalski İbrahim oğlu, 1989-cu il təvəllüdlü Mikanayeva Fərəh Məmmədzahid qızı, 2004-cü il təvəllüdlü Osmanova Səbinə Paşa qızı, 2007-ci il təvəllüdlü Xəlilova Dəcilə Fəzail qızı, 1998-ci il təvəllüdlü Ömərov Nurlan Nadir oğlu, 1971-ci il təvəllüdlü Hasilova Zümrüd Məhəmməd qızı, 1965-ci il təvəllüdlü Məmmədov Ramazan Nazim oğlu, 2017-ci il təvəllüdlü Balayev Firuz Elvin oğlu və 2016-cı il təvəllüdlü Mikamayeva Nigar Orxan qızı xəsarət alıb.
Yaralılar hadisə yerindən təcili tibbi yardım briqadalarının köməyi ilə Şirvan və Hacıqabul rayon mərkəzi xəstəxanalarına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Bu arada Dövlət Yol Polisi İdarəsi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb. İdarədən "Report"a bildirilib ki, hadisə 12 iyul tarixində, saat 05:15-də Bakı-Qazax-Gürcüstan dövlət sərhədi yolunun Hacıqabul rayonu Muğan qəsəbəsindən keçən 132-ci kilometrliyində qeydə alınıb.
Alqışov Ramil Bilal oğlunun idarə etdiyi "Yutong" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq, əvvəlcə yolun sol kənarındakı beton arakəsmələrə dəyib və daha sonra aşıb. Hadisə nəticəsində 2 nəfər - Osmanova Səbinə Paşa qızı və Qurbanzadə Ayxan Yusif oğlu xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır.
Hacıqabul rayonunda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların bəzisinin şəxsiyyəti məlum olub.
"Report"un Aran bürosunun məlumatına görə, qəzada Zaqatala rayon sakinləri - 2004-cü il təvəllüdlü Osmanova Səbinə Paşa qızı, 2007-ci il təvəllüdlü Xəlilova Dəcilə Fəzail qızı, 1998-ci il təvəllüdlü Ömərov Nurlan Nadir oğlu, 1971-ci il təvəllüdlü Hasilova Zümrüd Məhəmməd qızı, 1965-ci il təvəllüdlü Məmmədov Ramazan Nazim oğlu xəsarət alıb.
Bundan başqa Sumqayıt şəhər sakini 2017-ci il təvəllüdlü Balayev Firuz Elvin oğlu, Bakı şəhər sakini 2016-cı il təvəllüdlü Mikamayeva Nigar Orxan qızı da yaralanıb.
Onlar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına, digərləri isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı 21 nəfər xəsarət alıb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Zaqatala-Bakı marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu aşıb. Qəza nəticəsində 21 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 7-si Hacıqabul, 14-ü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda Xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.