Sabah Suraxanının təbii qaz təchizatı məhdudlaşdırılacaq

Energetika
  • 01 mart, 2016
  • 14:57
Sabah Suraxanının təbii qaz təchizatı məhdudlaşdırılacaq

Bakı. 1 mart. REPORT.AZ/ Martın 2-də saat 10:00-dan 18:00-dək SOCAR-ın Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Qaraçuxur” qazpaylama stansiyasında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. 

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir işlərinin Bakının Suraxanı rayonunun bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.