Rusiyanın neft hasilatı post-sovet rekordunu yeniləyib
Energetika
- 10 oktyabr, 2016
- 16:28
Bakı. 10 oktyabr. REPORT.AZ/ Rusiyanın neft və neft kondensatı hasilatı oktyabr ayında 11,2 mln. barelə yüksələrək post-sovet dövründə orta günlük rekordunu yeniləyib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumat "Bloomberg" agentliyinin Rusiyanın Yanacaq-Energetika Kompleksinin Mərkəzi dispetçer idarəsinə istinadən verilib.
Beləliklə, oktyabr ayında gündəlik neft və neft kondensatı hasilatı sentyabr rekordunu 90 min barel/gün və ya 0,8% üstələyib. Bununla da hasilat son 15 ilin rekord səviyyəsinə çatıb.
Xatırladaq ki, hazırda İstanbulda keçirilən Beynəlxalq Energetika Forumunda Rusiya neft hasilatının azaldılmasından çox dondurulması tərəfdarı olduğunu bildirib.
Son xəbərlər
09:31
Foto
Göyçayda yol qəzasında xəsarət alan dörd nəfərdən ikisi ölüb - YENİLƏNİB
Hadisə09:11
ABŞ-nin Kanadaya qarşı təzyiq və təhdidləri gözlənilən nəticəni verməyib
Digər ölkələr09:03
Premyer Liqa: "Turan Tovuz" "Şamaxı"nı, "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edəcək
Futbol08:55
Azərbaycanın yeniyetmə cüdoçuları dünya çempionatını 1 qızıl, 1 gümüş medalla başa vurublar
Fərdi08:53
Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı 40 nəfərə çatıb – YENİLƏNİB-3
Digər ölkələr08:37
Britaniya İranla əlaqəli hakerləri elektrostansiyaya hücumda şübhəli bilir
Digər ölkələr08:22
Tailandda yaraqlılar 30-dan çox obyektə hücum ediblər
Digər ölkələr07:53
Tayvanda yanğın və partlayış nəticəsində 15 nəfər xəsarət alıb
Digər ölkələr07:32