Premyer Liqa: "Turan Tovuz" "Şamaxı"nı, "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edəcək
- 23 avqust, 2026
- 09:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasında II turun növbəti oyunları bu gün keçiriləcək.
"Report"un məlumatına görə, ilk olaraq "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək.
Tovuz şəhər stadionunda reallaşacaq görüş saat 18:30-da start götürəcək. Meydan sahibləri ötən tur "Qəbələ"yə qalib gəlib (1:0), qonaqlar isə "Qarabağ"a (1:3) uduzub.
Günün ikinci matçında "Araz-Naxçıvan" "Neftçi"nin qonağı olacaq. Bu oyun saat 20:45-də başlayacaq. Paytaxt klubu ilk turda "Sumqayıt"ı üstələyib (3:1), Naxçıvan təmsilçisi isə "İmişli" ilə qolsuz heç-heçə edib.
Misli Premyer Liqası
I dövrə, II tur
23 avqust
18:30. "Turan Tovuz" – "Şamaxı"
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Nicat İsmayıllı.
VAR: Vüqar Həsənli.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Tovuz şəhər stadionu
20:45. "Neftçi" – "Araz-Naxçıvan"
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
"Palms Sports Arena"
Xatırladaq ki, ötən gün "Şəfa" səfərdə "Qəbələ"ni 1:0, "Zirə" evdə "İmişli"ni 3:1 hesabı ilə məğlub edib. Avrokuboklarda çıxışla əlaqədar bu turda "Sabah"ın "Sumqayıt"la, "Qarabağ"ın isə "Kəpəz"lə görüşləri təxirə salınıb.