Rusiyanın energetika naziri İranın OPEC+ razılaşmasından çıxması ehtimalını şərh edib

Energetika
  • 28 avqust, 2018
  • 10:12
Rusiyanın energetika naziri İranın OPEC+ razılaşmasından çıxması ehtimalını şərh edib
Rusiyanın energetika naziri Aleksandr Novak

Bakı. 28 avqust. REPORT.AZ/ Rusiyanın energetika naziri Aleksandr Novak İranın OPEC+ razılaşmasından çıxması ehtimalını şərh edib.

“Report” bu barədə RİA “Novosti” agentliyinə istinadən xəbər verir.

Nazir bildirib ki, İran OPEC-ə üzv ölkədir: “OPEC-ə üzv və qeyri-üzv dövlətlərin qarşılıqlı fəaliyyətinin təşkilinə gəlincə, bu, tam olaraq könüllü iştirakdır”.